Xaçmazda 52 min baş heyvan peyvənd olunacaq- Video

14 2019 13:29

Xaçmazda iribuynuzlu heyvanlarda qarayara, brüselyoz və itlərdə quduzluğa qarşı peyvəndləmə işləri aparılır. İlin əvvəllərindən başlanan vaksinasiya işləri  nəticəsində rayondakı  20 min iribuynuzlu qarayaraya qarşı peyvənd olunub.

Profilaktik tədbirlər nəticəsində ev heyvanlarında xəstəliklərə rast gəlinməyib.

Dövlət tərəfindən maliyyələşən tədbirlər pulsuz aparılır.

Ümumilikdə Xaçmazın heyvandarlıq təsərrüfatlarında 52 min iribuynuzlu, 70 min xırdabuynuzlu qeydiyyatdadır.