Xaçmazda hündürlüyü 40 metrə yaxın Saatlar qülləsi kompleksi inşa olunur- Video

14 2019 13:55

Tikintisi iki ay ərzində tamamlanacaq qüllədə uşaq əyləncə mərkəzi və müşahidə məntəqəsi fəaliyyət göstərəcək. Səkkiz mərtəbəli qüllə şəhərin girişində yerləşən “Çənlibel” parkına əlavə gözəllik qatacaq. Hər birinin sahəsi 100 kvadratmetr olan ilk 4 mərtəbə uşaqların ixtiyarında olacaq.


Qüllənin başında isə hər tərəfdən görünən 4 saat quraşdırılıb. Qüllənin inşa olunduğu Çənlibel parkı Xaçmaz şəhərin giriş hissəsində yerləşdiyindən buranı yerli sakinlərlə yanaşı çoxsaylı turistlər də ziyarət edir. Altı hektara yaxın ərazisi olan parkda xalq qəhrəmanı Koroglunun at üstündə heykəli ucaldılıb. Burada çoxsaylı əyləncə və iaşə obyektləri də fəaliyyət göstərir. Xaçmazı bu gün parklar və muzeylər şəhəri adlandırırlar. Ötən dövr ərzində rayonda ümumi sahəsi 20 hektara yaxın olan 7 park salınıb.