Xaçmazda 400-dən çox şagirdin təhsil alacağı yeni məktəb binası inşa olunur- Video

15 2019 15:05

Bəybala Rəsulov adına Xaçmaz şəhər 5 nömrəli tam orta məktəb üçün inşa olunan 432 şagird yerlik yeni bina iki mərtəbədən ibarət olacaq. 50 il öncə tikilən köhnə məktəb binasının istismara yararsız vəziyyətə düşməsi yeni binanın inşasını zəruri edib.

Yeni məktəb binasının həyətində qazanxana və su çənləri də inşa olunacaq. Otuz sinif otağından ibarət olacaq tədris ocağında bütün fənn kabinetləri, kitabxana, kompüter otağı, akt və idman zalları fəaliyyət göstərəcək. Təhsil müəssisəsi müasir istilik və işıqlandırma sistemi ilə təchiz ediləcək. 2018-ci ildə Şimal bölgəsini əhatə edən 6 rayonda 20 yeni modul tipli məktəb binasının tikintisinə başlanılıb. Bu məktəblərdən 3-ü istifadəyə verilib.