Yırtıcıların yaşayış məntəqələrinə hücumları artıb- Video

15 2019 16:30

Son günlər  bir sıra rayonlarda canavar, tülkü, çaqqal sürüləri insanlara və ev heyvanlarına hücum edirlər. Xüsusən də qış aylarında yem tapmaqda çətinlik çəkən yırtıcılar ev heyvanların parçalayaraq sakinlərə xeyli ziyan vurur.

Mütəxəssislər  çaqqal və canavarların təsərrüfatlara hücum etməsini qida tapmaqda çətinlik çəkmələri ilə əlaqələndirirlər. Həmçinin yırtıcıların yaşayış arialının kiçilməsidə də onları əlavə qida mənbələri axtaramağa sövq edir. 

Adi halda insanların vəhşi təbiətdəki heyvanları ovlaması qadağandır. Belə hala yol verən insanlar İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimələnirlər. Amma həyat üçün təhlükəli şərait yarandıqda insan özünümüdafiə zamanı heyvanı məhv edə bilər.