Qubada Qanlı Yanvar şəhidlərinin xatirəsi yad olunub- Video

17 2019 15:32

Tədbir  iştirakçıları öncə 20 Yanvar faciəsinə həsr olunan sərgiyə baxış keçirib. Konfransda vurğulanıb ki, keçmiş Sovet qoşun hissələrinin qəddarlıq və misli görünməyən vəhşilikləri tək 20 yanvar gecəsi deyil sonrakı günlərdə də davam edib. 20 Yanvar hadisələri xalqımızın öz milli azadlığına qovuşmasına təkan verib. Həmin gecə müstəqillik uğrunda mübarizəsinə qoşulmaq üçün insanlar paytaxta axın edib.

20 Yanvar hadisələrində Quba 2, Xaçmaz 1 şəhid verib. Törədilən qanlı cinayət xalqımızın müstəqillik uğrunda mübarizə əzmini qıra bilməyib. Məhz bu əzmin, yenilməz iradənin sayəsində xalqımız öz müqəddəs arzusuna - milli azadlığına qovuşa bilib və bu gün müstəqil dövlət kimi dünya birliyində özünə layiqli yer tutan Azərbaycan sürətlə inkişaf edir.