Xəbərlər
Haqqımızda
Canlı
Əlaqə
Media qrup
Xaçmazda vərəm xəstələrinin sayı azalıb- Video
17 2019 15:51
Xaçmazda vərəm xəstələrinin sayı 50 faiz azalıb. 5 il öncə xəstəlikdən əziyyət çəkənlərin sayı 175 nəfər idisə, hazırda Ağciyər Xəstəlikləri dispanserində qeydiyyatda 91 nəfər var. Onlardan 25 nəfəri stasionar şəraitdə müalicəsini davam etdirir. Qeydiyyatda olan vərəm xəstələrindən yalnız biri azyaşlıdır.
Vərəm xəstəliyi hava damcı yolu ilə keçə bilir. Ailəsində bu xəstəlikdən əziyyət çəkən şəxs varsa, digər ailə üzvlərinin xüsusi diqqətli olması şərtdir. Xroniki vərəm xəstələrinin stasionar şəraitdə müalicə alması məsləhətlidir.
Vərəm infeksiyasının vaxtında aşkarlanması üçün məktəblərdə mantu sınağı keçirilir və nəticələr labarotoriyalara göndərilir. Hazırda ölkə üzrə 5 regional vərəm laboratoriyası fəaliyyət göstərir.
Oxşar xəbərlər
Qusarda turistlərin ən çox üz tutduğu tarixi məkan -“Şeyx Cüneyd” türbəsi- Video
Qubada İcma əsaslı Uşaq Təhsil Mərkəzlərinə media-tur təşkil olunub- Video
İnternet fırıldaqçılarının yeni oyunu- “saxta uduşlar”- Video