Xızıda 340 qram civəni 32 min manata satmaq istəyən şəxs saxlanıldı- Video

18 2019 15:16

Xızı Polisi rayonun Giləzi qəsəbəsində satış məqsədi ilə üzərində qanunla dövriyyəsi qadağan olunan zəhərli maddə gəzdirməkdə şübhəli bilinən şəxsi saxlayıb.Araşdırmalarla həmin şəxsin Bakı şəhər sakini Elçin Bayramov olduğu müəyyən edilib.Saxlanılan zaman onun üzərində qanunla dövriyyəsi qadağan olunaraq zəhərli maddələr siyahısına daxil edilmiş 340 qram metallik civə aşkarlanıb.Dindirilmə zamanı saxlanılan şəxs civənin ona məxsus olduğunu və 32 min manata satmaq niyyəti ilə Siyəzən rayonuna aparmaq istədiyini bildirib. 

Faktla bağlı Xızı RPŞ-nin İstintaq Qrupunda Cinayət Məcəlləsinin 240.1.1-ci maddəsi ilə cinayət işi başlanılıb.