Xaçmazda 2 min km-ə yaxın suvarma kanalı təmizlənəcək- Video

18 2019 15:44

Xaçmazda təsərrüfatlararası kanalların və su arxlarının təmizlənməsinə oktyabrdan başlanılıb. Suvarma Sistemləri İdarəsi tərəfindən işlərin 50 faizi görülüb. Hazırda Xaçmazda bir sıra yaşayış məntəqələrində suvarma kanallarının təmizlənməsi davam etdirilir.

İl ərzində Suvarma Sistemləri İdarəsi tərəfindən Xaçmazda 2 min km-ə yaxın suvarma kanalının təmizlənməsi planlaşdırılıb. Bunun üçün 33 texnika ayrılıb.

Rayonun əkinə yararlı sahələrini suvarmaq üçün ümumilikdə 2 min 387 km suvarma kanalından istifadə edilir.