Qubanın dağlıq kəndlərinə gedən sürücülərə diqqətli olmaq tövsiyə olunur- Video

18 2019 16:20

 Ötən gündən etibarən yağan qar Şimal regionun da ağ örpəyə bürüyüb. Quba, Qusar və Xızı rayonlarının dağlıq ərazilərində qarın hündürlüyü 10 sm-dən çox olub. Temperatur xeyli aşağı enib Xınalıq istiqamətinə hərəkət edən avtomobillərin sürücüləri bu istiqamətə gələn turistləri ehtiyatlı olmağa çağırır. Axşam və səhər saatlarında yolların buz bağlaması yolda hərəkəti çətinləşdirir. 


Ən çox yağıntı Qusarın Ləzə, Qubanın Qırız, Təngəaltı, Xaltan, Xınalıq kəndlərində və Xızının Altıağac qəsəbəsində qeydə alınıb. Hazırda Xızının Altıağac qəsəbəsində 11 sm qar var. Belə hava şəraiti yollarda çətinlik yaratsa da uşaqların sevincinə səbəb olub.

Yanvarın 19-dan etibarən havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal küləyi əsəcək.