Şabranda 20 Yanvar faciəsinin qurbanları anılıb- Video

19 2019 16:16

20 Yanvar faciəsində şəhid olanların xatirəsi Şabranda anılıb. Rayon rəhbərliyinin, ictimaiyyət nümayəndələrinin, ziyalıların iştirakı ilə Şəhidlər xiyabanı ziyarət edilib, şəhidlərin ruhuna dualar oxunub. Xalqın milli azadlığına qovuşmasına təkan verdiyi dəhşətli gecədə neçə-neçə vətən övladı canından keçib. Keçmiş Sovet qoşunları tərəfindən həyata keçirilən 20 Yanvar qırğını Azərbaycanda demokratik proseslərə qəsd, düşünülmüş hərbi təcavüz, respublikanın suveren hüquqlarını, ümumiyyətlə, insan hüquqlarını pozan hərəkət idi. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar şəhidləri ölməzdir.

Bütün təzyiqlərə və faciələrə baxmayaraq, heç bir qüvvə xalqın azadlıq arzularını, dövlətçilik ənənələrini məhv edə bilməyib. Azərbaycan müstəqilliyini bərqərar etdikdən sonra sürətlə inkişaf edib və regionun qabaqcıl ölkələrindən birinə çevrilib. 20 Yanvar şəhidləri Vətənin azadlığı, suverenliyi uğrunda göstərdikləri şücaətlə bugünkü gənclərimizə örnəkdirlər.

Tədbirdə eləcə də ədəbi-bədii kompozisiya nümayiş etdirilib.