20 Yanvar faciəsində Quba 2, Xaçmaz 1 şəhid verib- Video

19 2019 16:30

20 Yanvar hadisələri zamanı Qubadan Yasin  Hüseynov və başqa 2 həmyerlisi xəsarət alıb. 2 nəfər Quba sakini-  Rahib Hüseynov, Elçin Qeybullayev şəhid olub. Həmin gün şəxsi işi ilə əlaqədar rayondan Bakıya gələn Rahib Hüseynov avtomobildə gülləbarana tuş gəlib. Ağır yaralardan dünyasını dəyişən şəhid Quba şəhər qəbiristanlığında dəfn edilib. Digər şəhid Elçin Qeybullayev Qanlı faciə baş verən gecə yoldaşları ilə birlikdə “Salyanski kazarma” deyilən yerdə tankların qarşısına əliyalın çıxanlar sırasında olub. Onun qəbri isə anadan olduğu Küçeyi kəndindədir.

Qanlı Yanvar hadisələri zamanı Zahid Abdullayev zavoddakı iş yoldaşları ilə birlikdə meydanda etiraz səsini ucaldanlar arasında olub. Həmin gecə o, evə qayıtmayıb. Səhər ailəsi onun şəhid olduğunu öyrənib. Zahid Abdullayev Xaçmaz rayonunun Uzunoba kəndində torpağa tapşırılıb

 

Qanlı Yanvar hadisələri zamanı Azərbaycanda  147 nəfər öldürülüb, 744 nəfər xəsarət alıb, 400 həbs edilib və 4 nəfər itkin düşüb.