Xaçmazlı fermerlər üçün 7 min 500 tondan çox gübrə sifariş olunub- Video

21 2019 15:05

Dövlət tərəfindən torpaq mülkiyyətçilərinə verilən əlavə subsidiyalar, tətbiq edilən yeni becərmə üsulları Xaçmazda taxıl istehsalının ilbəil artmasına səbəb olub.

Ötən il rayonda fəaliyyət göstərən təsərrüfatçılara 70 faiz güzəştlə 4 min 805 ton gübrə və 4400 litr pestisid verilib. Xaçmazdakı logistik baza üçün bu il daha 7 min 500 tondan çox gübrə sifariş olunub.

Bu il eləcə də taxıl biçimində ötən ilki texnika çatışmazlığı aradan qaldırılacaq. Belə ki, “Aqrolizinq”in Xaçmaz regional nümayəndəliyi tərəfindən daha 6 kombayn sifariş olunub.

Hazırda Aqrolizinq ASC-nin Xaçmaz regional nümayəndəliyinin bazasında 93 ədəd texnika var.