Evin qızdırılmasında alternativ yanacaq növü- fındıq qabığı- Video

21 2019 15:57

Qış gəlmədən öncə 1 yük maşını fındıq qabığı alan kənd sakinləri 3-4 ay evlərini isidə bilirlər. Fındıq qabığının qiyməti isə ötən ilə nisbətən 10- 15 faiz arasında bahalaşaraq 160-200 manat arasında təklif edilir.  Kombi sistemini əvəz edən sobaların hazırlanmasına isə maksimum 200 manat pul xərclənir. 

Sakinlər bildirir ki,
qış aylarında  evini odununu hesabına qızdırmaq üçün  700-800 manat pul xərcləmək lazımdır. Amma fındıq qabığının qiyməti odundan 3 dəfəyə qədər azdır. Elə buna görə bu yanacaq növündən istifadə edənlərin sayı da çoxdur.


Sakinlər fındıq qabığını emal müəssisələrindən alır.
Qiymətin bahalaşması isə təlabatın artması ilə əlaqələndirilir.