Dövlət Komitəsi Siyəzəndə regional konfrans keçirib- Video

22 2019 16:20

Siyəzəndə keçirilən qəbulda vətəndaşlar əsasən dini icmaların fəaliyyəti, onların dövlət qeydiyyatına alınması, məscidlərin təmiri, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, məscidlərə dini ədəbiyyatın verilməsi və digər məsələlərlə bağlı müraciət ünvanlayıblar. Siyəzəndə eləcə də “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda regional konfrans keçirilib. Çıxış edənlər ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi istiqamətində qarşıda duran vəzifələrdən, eyni zamanda tolerantlıq mühitinə, milli-mənəvi dəyərlərə bağlılığın gücləndirilməsi barədə danışıb.

Konfransda bildirilib ki, Azərbaycan hökuməti ölkə vətəndaşlarının dini etiqad azadlığına onların hüquq və azadlıqlarının ayrılmaz bir hissəsi kimi yanaşır. Tolerantlıq mühitinin qorunub saxlanılması üçün hüquqi baza formalaşdırılıb. Azərbaycanda qeyri-müsəlman dini icmalarına, müxtəlif dini konfessiya nümayəndələrinə daim diqqət və qayğı ilə yanaşılır. Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.