Mülayim hava ağacların vaxtından əvvəl inkişaf etməsini sürətləndirib- Video

22 2019 16:45

Hava şəraitinin isti keçməsi bağbanları yazda görülən aqrotexniki qulluq işlərinin tez başlamasına səbəb olub. Dekorativ bitkilər, həmçinin bəzi meyvə tinglərini istixanalardan vaxtında əvvəl çıxarılaraq sahələr köçürülür. 

Bağbanlar fevralın sonu, martın əvvəli görülən aqrotexniki qulluq işlərini bu il  1 ay tez başlamalı olub.  Bunun səbəbi hava şəraitinin isti keçməsidir.

Hava şəraiti belə davam edərsə bağbanlar həm dekorativ bitkilərin həm də meyvə ağaclarının vaxtından əvvəl oyanacağını deyir.  Lakin sonradan şaxta və qar düşərsə bitkilər məhv ola bilər. Bunun qarşısını almaq üçün temeraturu  diqqətdə saxlamaq vacibdir.

Hava şəraiti isti keçsə də garden, fiksus, kaktus kimi dibçək güllərinin, və limon ağacının istixanadan çıxarılması hələ tezdir. Dekorotiv bitkilərin əksəriyyəti xaricdən gətirildiyindən onların öyrəşdiyi iqlim və təbii şəraiti  öyrənmək və burda tətbiq etmək vacibdir.