Xaçmazda 140-dan çox ailə özünüməşğulluq proqramına cəlb olunacaq-Video

23 2019 15:47

Xaçmazda özünüməşğulluq proqramı çərçivəsində işsız və işaxtaran şəxslərin aktivlərlə təmin olunması prosesi davam etdirilir. Yanvarın sonuna kimi daha 16 ailə dövlət dəstəyindən faydalanacaq. Özünüməşğulluq proqramında vətəndaş dövlətin verdiyi dəstək sayəsində öz biznesini qurur, iqtisadi proseslərin aktiv iştirakçısına çevrilir. Bu il rayonda daha 140-dan çox ailə özünüməşğulluq proqramından faydalanacaq.

2018-ci ildə Xaçmazda 126 işsiz və işaxtaran şəxs ailə biznesini qurmaq üçün aktivlərlə təmin olunub.