Uşaq oyuncaqlarındakı təhlükə- zəhərlənmələr, dəri xəstəlikləri- Video

23 2019 16:16

Mağazalarda müxtəlif ölkərdə istehsal olunan oyuncaqlar satılır. Amma bu məhsulların üzərində onların tərkibi haqqında məlumatlara çox hallarda rast gəlinmir. Uşaq oyuncaqlarının qiyməti aşağı düşdükcə keyfiyyət məsələsi də azalır.  

Xüsusi ilə plastikdən hazırlanan oyuncaqlar azyaşlıların sağlamlığı üçün təhlükəlidir. Keyfiyyətsiz oyuncaqlar uşaqlarda zəhərlənmə, mədə-bağırsaq, dəri zöhrəvi və yuxarı tənəffüs yollarının müxtəlif xəstəliklərinə səbəb ola bilər.

Azyaşlılar üçün oyuncaqlar onun yaş dövrünə uyğun seçilməlidir. 1 yaşınadək daha çox rəngli və cəlbedici, sonrakı dövrlərdə isə zəkasını inkişaf etdirəcək oyuncaqlara üstünlük verilməlidir.

Oyuncaqlar təkcə uşaqların əylənməsi və vaxtlarını keçirmək üçün vasitə sayılmır.  Oynanan  oyunlar və oyuncaqlar  azyaşlıların gələcək inkişafına təsir edir,  onları fərd kimi formalaşdırır.