Stomatloji kabinetlərdə gigiyena qaydalarına əməl edilirmi? - Video

24 2019 16:13

Ümumdünya Səhiyyə Təşkilatının açıqladığı hesabata görə, İİV virusu və Hepatit C-nin yayılmasında stomatoloji xidmətlər birinci yerdə dayanır.
Stomatoloji klinikalarda istifadə edilən alətlər ucuz olmadığından uzun müddət istifadə edilir. Lakin sözügedən alətlərin dezinfeksiya edilməməsi insan ölümünə belə səbəb ola bilər.

Dövlət xəstəxanalarında stomatologiya sahəsinə Gigiyena və Epidemiologiya Mərkəzləri nəzarət etsə də özəl klinikalarda bu iş diş həkiminin özü tərəfindən aparılır.

Hepatit “C” yoluxduğu gündən etibarən 5 illə 50 il arasında qaraciyər serrozuna və hətta xərçənginə gətirib çıxaran bir virusdu. Bu xəstəlikdən sığortalanmaq üçün diş həkiminə müraciət edən xəstələr istifadə edilən alətlərin təmizliyindən əmin olmalıdır.