Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzi fəaliyyətə başlayıb- Video

25 2019 14:37

Kənd təsərrüfatı naziri İnam Kərimov Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzində yaradılan şəraitlə yaxından tanış olub. Bildirilib ki, Kənd Təsərrüfatı Nazirliyi və onun tabeli qurumları  tərəfindən bitkiçilik, heyvandarlıq və texniki nəzarət xidmətləri üzrə, 70-ə qədər xidmət göstərilir. Bu fəaliyyətə başlayan 5-ci mərkəzdir. Həmçinin Dövlət Aqrar İnkişaf Mərkəzinin binasında Xaçmaz və ətraf rayonlardan dəvət olunan mexanizatorlara xidmət göstərib. Etibarlılıq müddəti bitən traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün 150-dən çox mexanizatorun sürücülük vəsiqələri yenisi ilə əvəzlənib.

Sonra Kənd təsərrüfatı naziri İnam Kərimov Şimal regionundan olan vətəndaşları qəbul edib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.