Media nümayəndələri Quba rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub- Video

26 2019 15:03
Səhiyyə Nazirliyi regionlarda fəaliyyət göstərən tibb müəssisələrində yaradılan şərait və əhaliyə göstərilən tibbi xidmətin keyfiyyəti barədə ictimaiyyəti tanış etmək məqsədilə bölgələrə media-turlar təşkil edir. Media nümayəndləri bu dəfə  Quba Rayon Mərkəzi Xəstəxanasıda olub.
Tur çərçivəsində media nümayəndələrinə məlumat verilib ki, 230 çarpayılıq yeni xəstəxana binası ötən ilin oktyabrında Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Tibb müəssisəsində müasir tibbi avadanlıq quraşdırılıb. Cərrahiyyə, terapiya, uşaq xəstəlikləri, nevrologiya, ginekologiya, travmatologiya şöbələrinin yaradıldığı bu tibb müəssisəsində LOR, infeksion xəstəliklər, şüa-diaqnostika, reanimasiya, qəbul, laboratoriya, təcili tibbi yardım şöbələri və Perinatal Mərkəz də fəaliyyət göstərir. Ərazidə əsas korpusla yanaşı, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsi və digər yardımçı sahələr üçün binalar inşa olunub.
Son 10 il ərzində Azərbaycanda 600-dən çox yeni tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə təmir edilib.
Səhiyyə Nazirliyi tərəfindən keçirilən Növbəti mediaturlar Qəbələ və Sabirabadda təşkil olunacaq.