Qusar Peşə Liseyində yeni ixtisaslar yaradılıb- Video

28 2019 15:40

Yeni dərs ilində Qusar Peşə Liseyində 2 yeni ixtisas üzrə tədris sinifləri yaradılıb. Yeni açılan turizmdə təsərüfat işləri üzrə nəzarətçi ixtisası üzrə artıq 23  şagird təhsil alır. Bu ixtisas və aşpazlıq peşəsi üzrə təhsil alanlar Şahdağ Turizm Mərkəzində təcrübə keçir. Şagirdlər yerli və xarici mütəxəsislərin iştirakı ilə otelçilik, fəal istirahət, qidalanma, səyahət və turzimə dair təlimlərdə iştirak edir.

Qusar Peşə liseyində aşpazlıq, kompüter operatoru və ustası, elektrik avadanlıqlarına xidmət və elektirik  peşələri üzrə də mütəxəsislər yetişdirilir. Dərslər 1  və 3 il olmaqla əyani vəsaitlə təmin edilən dərs otaqlarında keçirili. Liseyin  şagirdləri  müvafiq idarə və müəssisələrdə təcrübə keçməyə cəlb olunur.

Qusarda Peşə liseyində mövcud təlabatı nəzərə alaraq  ofisiant, barmen, bufetçi, dağ-xizək turizm növü üzrə bələdçi ixtisasları üzrə tədris siniflərinin yaradılması planlaşdırılır.