Xaçmazda gənclərlə görüş keçirilib- Video

29 2019 16:40

Xaçmazda 2 fevral- Azərbaycan  Gəncləri Gününə həsr olunan konfrans keçirilib. Tədbirdə  gənclərin sosial-ictimai, , təhsil, idman, mədəniyyət, elm və  digər sahələrdəki fəaliyyətlərindən söhbət açılıb. Bildirilib ki, hazırda rayon əhalisinin 30 faizini gənclər təşkil edir. Xaçmaz gəncləri  bilik olimpiadaları, yerli və beynəlxalq idman yarışlarında təmsil olunur. Tədbirin davamında istedadlı gənclər  musiqi proqramı ilə çıxış edib. Ötən il uğur qazanan bir qrup gəncə həvəsləndirici hədiyyələr təqdim olunub.