Qubada 700-ə yaxın arıçıya subsidiya verilib- Video

29 2019 16:45

Ötən il Qubada 673 təsərrüfatda arı ailəsinin saxlandığı pətəyin üzərinə nömrə nişanları vurularaq onların qeydiyyatı aparılıb. İlin sonuna kimi arıçılara ümumilikdə 18 min 983 arı ailəsinə görə subsidiya verilib.

Arıçılara saxladıqları hər arı ailəsinə görə ildə 10 manat məbləğində subsidiya verilir. Dövlət dəstəyi 2018-2022-ci illəri əhatə edir. 

Bu il arıçılara subsidiyaların təqdim olunmasına martın sonları start veriləcək və 1 ay ərzində yekunlaşacaq.