Şabranda 25 min iribuynuzlu heyvan peyvənd olunacaq- Video

30 2019 15:49

Şabranda iribuynuzlu heyvanlarda qarayara, brüselyoz və itlərdə quduzluğa qarşı peyvəndləmə işlərinə yanvarın 5-də start verilib. Ötən müddət ərzində rayonda 20 min 465 iribuynuzlu vaksinasiya olunub, 2630 baş heyvandan isə qan nümunələri götürülüb.

Profilaktik tədbirlər çərçivəsində rayon təsərrüfatlarında 1165 təkdırnaqlıda qarayaraya, 1617 baş itdə isə  quduzluğa qarşı peyvəndləmə işləri aparılıb. Heyvanlardan götürülən ilkin qan nümunələri rayon baytarlıq diaqnostik kabinetində müayinə edilir.

Ümumilikdə Şabranın heyvandarlıq təsərrüfatlarında 25 min iribuynuzlu, 48 min xırdabuynuzlu, 1500 təkdırnaqlı, 2700 it qeydiyyata alınıb. Peyvəndləmə prosesi  fevralın 10-na kimi davam edəcək.  Növbəti vaksinasya tədbirləri martda aparılacaq.