Şabranda 33 yaşlı gənc bıçaqlanıb- Video

31 2019 17:20

Şabranda bıçaqlanma hadisəsi baş verib. Rayonun Aygünlü kənd sakini, 1986-cı il təvəllüdlü Elçin Şükürov sol bazu sümüyü və qarın boşluğuna keçən, sol böyrəyin zədələnməsi, kəsilmiş-deşilmiş yarası ilə Şabran rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Daxil olan məlumat əsasında aparılan araşdırma zamanı müəyyən edilib ki, yanvarın 30-da axşam saat 17 radələrində rayon sakini, 1997-cı il təvəllüdlü Fərid Musayev ticarət mərkəzinin qarşısında qısqanclıq zəminində aralarında yaranan mübahisə nəticəsində Elçin Şükürovu öldürmək məqsədilə bıçaqlayaraq xəsarətlər yetirib.

Faktla bağlı Şabran rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb, hadisə yerinə baxış keçirilib, cinayət aləti olan bıçaq götürülüb, F. Musayev şübhəli şəxs qismində tutulub.