Xaçmazda bir qrup fəal gənc mükafatlandırılıb- Video

31 2019 17:24

Xaçmazda gənclərin  iştirakı ilə konfrans keçirilib. 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə konfransda  ölkədə uğurla həyata keçirilən gənclər siyasətindən söz açılıb. Bildirilib ki, Azərbaycan gəncliyi öhdəsinə düşən vəzifələri həmişə layiqincə yerinə yetirib, ölkədə gedən proseslərin önündə olub. Minlərlə gənc beynəlxalq miqyaslı tədbirlərdə ölkəmizi uğurla təmsil edib, idmançıların qələbələri sayəsində Azərbaycan bayrağı xarici dövlətlərdə yüksəklərə ucalıb.

Tədbirdə Xaçmaz əhalisinin 30 faizini gənclərin təşkil etdiyini qeyd edilib. Rayonu təmsil edən gənclər yerli və beynəlxalq idman yarışlarında, fənn olimpiadalarında, ölkənin ictimai-siyasi həyatında uğurla təmsil olunurlar. 400 nəfərdən çox gəncin qatıldığı konfransda ötən il nailiyyətləri ilə seçilən bir qrup fəal gəncə fəxri fərman və mükafatlar təqdim olunub.