Mobil telefonlardakı sağlamlıq proqramları düzgün çalışırmı?- Video

01 2019 14:09

İndi telefonu olmayan insan tapmaq çətindir. Həyatımıza bu qədər çox siraət edən cihazların yaxşı tərəfi ilə yanaşı pis tərəfləridə var. Mobil telefonlar bir çoxu üçün həkim belə olur. Təzyiqini bu cihaza etibar edənlər, yedikləri yeməyin kalorisini telefonla ölçənlər. Səhhətlə bağlı proqramları telefonlarına yükləyənlərin sayı az deyil.
Həkimlər bu kimi proqramların insanın ölümü ilə nəticələnə biləcəyini deyirlər. Orqanizminin vəziyyətini telefon vasitəsi ilə yoxlayıb sağlam olduğuna qərar verənlər həkimə müraciət etmir. Bu isə müəyyən hallarda xoşagəlməz hadisə ilə nəticələnə bilər.
Mütəxəssislər bu kimi proqramların çox olmasını bizneslə əlaqələndirirlər. Bu əlavələri nə qədər çox istifadəçi mobil cihazına yükləyərsə proqram sahibi bir o qədər çox pul qazanır.