Xaçmaz sakininin muzey evi- Video

01 2019 14:26

Xaçmazın Çaykənarı kəndində yaşayan Qərib Aşkari ilk mozaik panosunu Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Nizami Gəncəvinin 850 illiyinə həsr edib. Daha sonra dahi şairin əsərləri də panolarda öz əksini tapıb.

50 ilə yaxındır ki, bu sənətlə məşğul olan rəssamın evinin və həyətinin divarlarını ulu öndər Heydər Əliyevin, Xəqani Şirvaninin, Əcəmi Naxçıvaninin, Məhəmməd Şəhriyarın, Həzi Aslanovun, Məhəmməd Əmin Rəsulzadənin,  Şah İsmayıl Xətainin və onlarla başqa dahi şəxsiyyətlərin mozaik təsvirləri bəzəyir.

Qərib Aşkari Milli Qəhrəman Yavər Şahbazov adına Çaykənarı kənd tam orta məktəbində  sənəntinin incəliklərini şagirdləri ilə bölüşür. Onun  tək arzusu muzeyi xatırladan evinin qorunaraq, gələcək nəsillərə çatdırmaqdır.