Şabranda filoloq alim Məmməd Əliyevin yubileyi keçirilib- Video

02 2019 16:03

Şabranda filologiya üzrə elmlər doktoru, professor Məmməd Əliyevin 70 ilik yubileyi qeyd olunub.  43 il ali məktəbdə müəllimlik edən Məmməd Əliyevin çapdan çıxan elmi əsərlərinin ümumi sayı 70-dən çoxdur.  Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun  elmi işlər üzrə direktor müavini vəzifəsində çalışan professor əməkdar müəllim adına layiq görülüb, həmçinin “Qızıl qələm” mükafatı laureatıdır.

Tədbirdə filologiya üzrə elmlər doktoru, professor Məmməd Əliyevin elmi fəalliyyəti, yaradıcılığı barədə danışılıb. Bildirilib ki, Məmməd Əliyev ədəbiyyat nəzəriyyəsinin əsasları, Azərbaycan şeirinin vəzn və evfoniya problemləri,  şeir sənəti haqqında bir sıra elmi əsərlərin və dərs vəsaitlərinin müəllifidir.