Xudat şəhərində yeni uşaq bağçası inşa olunur- Video

04 2019 14:18

Xaçmaz rayonunun Xudat şəhərində yeni məktəbəqədər təhsil müəssisəsi inşa edilir. Məktəbəqədər təhsil müəssisəsinin tikintisinə 2018-ci ilin dekabrında başlanılıb. Xudat şəhərində inşa edilən 40 yerlik binanın sahəsi 510 kvadratmetrdir. Təhsil müəssisəsində uşaqlar üçün yataqxana, müxtəlif təlimlərin keçirilməsi üçün məşğələ otaqları, bufet və idman zalı olacaq. Bina istilik sistemi və məişət avadanlıqları ilə təchiz ediləcək. Uşaq bağçasının mayda istifadəyə verilməsi nəzərdə tutulub.

Bu, Xaçmaz rayonunun Xudat şəhərində inşa edilən 10-cu uşaq bağçasıdır. Bundan başqa Xudatda 4 tam orta, bir ümumi orta, bir ibtidai məktəb fəaliyyət göstərir.