Azərbaycanda uşaqlar arasında boy artımı ilə bağlı problem yaşanır- Video

04 2019 17:09

BMT-nin Uşaq Fondu xəbərdarlıq edir. Azərbaycanda uşaqların 20 faizə yaxını öz yaşına uyğun boya malik deyil.Yeni dünyaya gələn sağlam körpənin boyu 50-51 santimetr arasında dəyişməlidir. Uşağın boyu 1 yaşınadək 25 sm, 2 yaşınadək 10-12 sm, sonraki dövrdə hər il 5-8 sm artmalıdır. Körpənin əsas boy atdığı dövr ana bətninə təsadüf edir. Hamiləlik dövründə müxtəlif infeksiyalar və xəstəliklər, vaxtından əvvəl doğuşlar  uşaqların boy atmasını ləngidən əsas amillərdən sayılır.

Boy artımına təsir göstərən amillərdən biri də irsi amillərdir. Adətən qız övladı atanın, oğlan isə ananın genetikasını daşıyır. Qızlar əsasən cinsiyetişkənlik dövrünə çatana qədər, oğlanlar isə əksinə bu dövrdən sonra daha çox boy atır.