Alma bağlarının budanması yekunlaşır- Video

05 2019 16:46

Qubanın alma bağlarında ağacların budaması işləri görülür. Hava şəraitinin mülayim keçməsi bağ sahiblərinə bu prosesin vaxtından əvvəl yekunlaşmasına şərait yaradır. Artıq rayon ərazisindəki 60-70% alma bağının budanması başa çatıb.

 Düzgün budama bol  məhsul əldə etmək üçün  vacibdir. Aqrotexniki qulluq  bitkinin işıq və havalanma rejiminin nizamlanmasına, xəstəliklərdən qorunmasına hesablanıb.

Qubada ümumilikdə 17 min 963 hektar meyvə bağı var. Bunun 13 min 484 hektarını alma bağları təşkil edir.