Yol polisi məktəblilərlə maarifləndirici görüş keçirib- Video

05 2019 16:51

Xaçmazın Palçıqoba kəndində məktəblilərlə keçirilən görüşdə “Yol hərəkəti haqqında” Qanunun tələbləri, yollarda nizam-intizam qaydaları, eləcə də yol mədəniyyətinin yüksəldilməsi ilə bağlı söhbətlər aparılıb. Bildirilib ki, qəzaların qarşısının alınması istiqamətində profilaktik tədbirlərin gücləndirilməsində tək polis əməkdaşları deyil, vətəndaşlar da məsuliyyət daşımalıdır.

Ötən il şimal regionunda Yol Patrul Xidməti  alayının 2-ci tağımının nəzarəti altında olan yollarda 5 qəzada 5 nəfər dünyasını dəyişib, 2 nəfər yaralanıb. Hadisələrdən 3-ü piyadan ölümü ilə nəticələnib. Bu il isə bir piyada yol terrorunun qurbanı olub.

Sonda Dövlət yol polisinin əməkdaşları şagirdləri maraqlandıran suallara cavab verib. Maarifləndirici söhbətlər mütəmadi olaraq aparılacaq.