Yol kənarındakı quruyan ağaclar təhlükə yaradır- Video

06 2019 15:19

Ərazidəki quruyan ağaclar avtomobillərlə yanaşı yol kənarı ilə məktəbə və işə gedən sakinlər üçün də təhlükə yaradır. Regional ekologiya idarəsi həmin ağacların kəsilməsi üçün aidiyyatı qurumlara müraciət etsədə hələ ki, nəticənin olmadığını deyirlər.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yaşıllaşdırma idarəsindən 2018-ci ildə sözügedən ərazidə 10-larla təhlükəli ağacın budanması işlərinin həyata keçirildiyi deyilir.

 Ötən il Quba-Xaçmaz yolunda da ağacların budanması və təhlükəli ağacların kəsilməsi işləri həyata keçirilib. Lakin bəzi ağacların qanunsuz olaraq kəsildiyi təsdiqini tapıb.