Məktəblilərlə “Narkomaniyaya yox deyək” mövzusunda görüş keçirilib- Video

06 2019 15:45

Xaçmazın Dədəli kənd tam orta məktəbinin şagirdləri narkomaniyanın insan həyatına, dövlətə, cəmiyyətə vurduğu ziyanla bağlı maarifləndirilib. “Narkomaniyaya yox deyək” mövzusunda keçirilən görüşdə narkomaniyanın insan həyatını zəhərləyən bir epidemiyaya çevrilməsindən, "ağ bəla"ya qarşı mübarizə tədbirlərindən danışılıb.

Palıdlı kənd tam orta məktəbin şagirdləri də narkotik maddələrin insan sağlamlığına vurduğu zərərlər, xəstəliyə tutulan şəxslərin insanlıq simasını, yaxınlarını, sağlamlığını və işgüzarlıq qabiliyyətini itirilməsi barədə məlumatlandırılıb. Bildirilib ki, narkomaniyaya qarşı təkcə hüquq mühafizə orqanları deyil, ümumilikdə cəmiyyətin bütün üzvləri mübarizə aparılmalıdır. Xaçmazda 620 narkoman qeydiyyatdadır. Onlardan 5-i bu il qeydiyyata alınıb. Son 5 ildə rayonda "ağ bəla"ya düçar olan 123 nəfər dünyasını dəyişib.