Şəhid Çingiz Qurbanovun ailəsi Qusarda yeni evlə təmin olunub- Video

07 2019 13:55

Prezident İlham Əliyevin göstərişinə əsasən sosial təminatının gücləndirilməsi məqsədilə Milli Qəhrəman Çingiz Qurbanovun ailəsi Qusarda fərdi yaşayış evi ilə təmin edilib. Şəmsəddin Piroğlanov küçəsində Heydər Əliyev Fondunun dəstəyi inşa edilən birmərtəbəli, dördotaqlı evin ümumi sahəsi 230 kvadratmetrdir. Ev müasir istilik sistemi ilə təmin olunub.

Mərasimdə çıxış edənlər bildirib ki, bu gün şəhid ailələri dövlət tərəfindən diqqət və qayğı ilə əhatə olunub. Müharibədə həlak olan şəxslərin ailələrinin sosial müdafiəsinin təmin edilməsi istiqamətində çoxsaylı tədbirlər həyata keçirilib.

Çingiz Qurbanov 2016-cı il dekabrın 29-da Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən şəhid olub. Şəhidin cəsədi 2017-ci il fevralın 5-də qarşı tərəfdən alınıb. Bakıda təntənəli vida mərasimi keçirildikdən sonra Çingiz Qurbanov fevralın 6-da doğulduğu Qusar rayonunda dəfn edilib. 2017-ci il fevralın 7-də Prezident İlham Əliyev Çingiz Qurbanova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adının verilməsi barədə Sərəncam imzalayıb.