Şimal regionuna qarın az yağması turistlərin sayına mənfi təsir edib- Video

07 2019 16:04

Qışın mülayim keçməsi, qarın yağmaması bir sıra xəstəliklərin aktivləşməsinə təsir edir. Lakin qarsız hava bununla yekunlaşmır. Fevral ayının özünə xas keçməməsi turizmədə təsir edir. Yerdə qar olan kimi Qubanın dağlıq ərazilərindəki hotellərlə yanaşı yollarında da avtomobil sıxlığı yaşanır. Amma bu il vəziyyət heçdə ürəkaçan deyil. Turizm obyektləri turist yolunu gözləsədə gələnlərin sayı çox aşağıdır.


Sahibkarlar həftə sonuda bölgəyə gələn turist sayını elədə çox hesab etmirlər. Hətta qarın yağmaması bir sıra turizm obyektlərinində bağlanmasına zəmn yaradıb. 



Ekspertlər bu halı normal qəbul edir. Çünki bölgələrdəki əksər istirahət mərkəzləri qarlı hava şəraitinə hesablanıb. Çox hotellərdə əyləncə vasitələrinin olmaması bura turist cəlb etmir.