Xudatda şagirdlərlə “Narkomaniyaya yox deyək” mövzusunda görüş keçirilib- Video

08 2019 17:54

Xaçmaz rayonunun Xudat şəhər 2 saylı tam orta məktəbinin şagirdləri ağ bəlanın insan həyatına, dövlətə, cəmiyyətə vurduğu ziyanla bağlı maarifləndirilib. “Narkomaniyaya yox deyək” mövzusunda keçirilən görüşdə narkomaniyanın insan həyatını zəhərləyən bir epidemiyaya çevrilməsindən, ağ bəlaya qarşı mübarizə tədbirlərindən danışılıb.

Xudat şəhər 3 saylı tam orta məktəbin şagirdləri də narkotik maddələrin insan sağlamlığına vurduğu zərərlər, xəstəliyə tutulan şəxslərin insanlıq simasını, yaxınlarını, sağlamlığını və işgüzarlıq qabiliyyətini itirilməsi barədə məlumatlandırılıb. Bildirilib ki, narkomaniyaya qarşı təkcə hüquq mühafizə orqanları deyil, ümumilikdə cəmiyyətin bütün üzvləri mübarizə aparılmalıdır. Görüş çərçivəsində məktəblilərə narkomaniyanın doğurduğu faciələrdən bəhs edən “Bəla” filmi nümayiş olunub.