Uşaqlar xəstəxanaya qripin ağırlaşmış formasında gətirilirlər-Video

08 2019 18:05

Çoxlarının yüngül xəstəlik hesab etdiyi qrip müalicə olunmasa ölümlə nəticələnə bilər. Hər il minlərlə insan bu xəstəlikdən dünyasını dəyişir. Xüsusilə uşaqlar arasında yayılan kəskin respirator virus infeksiyaları ağır fəsadlara yol açır. Bu məsələdə digər təəsüfedici məqam əksər valideyinlərin övladlarını xəstəlik ağırlaşandan sonra həkimə gətirməsidir.

Həkimlər bildirir ki, əksər hallarda valideynlər qripə ciddi yanaşmır və yalnız  xəstəlik ağırlaşandan sonra müraciət edirlər. Ağırlaşmış zökəm uşaqlarda temperaturun qalxması, qıc olma, hətta ölümlə nəticələnə bilər.

Qripin bir o qədər də təhlükəli görünməyinə baxmayaraq, hər il minlərlə insan  bu xəstəlikdən dünyasını dəyişir. Azyaşlı uşaqlar, ahıllar, hamilə qadınlar və xroniki xəstələrdə qrip çox təhlükəlidir.  Belə insanlarda xəstəliyin əlamətləri müşahidə olunarsa,  48 saat ərzində virus əleyhinə vasitələr qəbul etməlidirlər.