Vəlvələçayda itmiş ekskavatorçunun axtarışları davam etdirilir- Video

11 2019 16:31

Axtarışlara Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin xilasediciləri, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupları cəlb olunub. Qazıntı işləri nəticəsində yaranan 12-15 metrlik hövzədə  suyun səviyyəsinin azaldılması məqsədilə suçəkmə işləri aparılır. Ekskavatorun sürücüsü 41 yaşlı Şabran sakini Vüqar Qasımovun qohumlarıda onun tapılmasını gözləyirlər. 

Hadisə zamanı aşan texnika artıq sudan çıxarılıb. Lakin sürücünün axtarışları 5 gündür ki, davam etdirilir.
Qohumları sürücünün sözügedən ərazidən çıxaraq başqa yerə getməsi ehtimalının mümkünsüz olduğunu deyirlər. 

Qeyd edək ki, Vüqar Qasımov ailəlidir və 3 övladı var.