Qubada minə yaxın şagirdin təhsil alacağı məktəb inşa olunur- Video

12 2019 16:57

Qubanın Alekseyevka kənd tam orta məktəbinin hazırki binası 54 il öncə istifadəyə verilib. Köhnə bina istismar müddətini başa vurduğundan qəzalı vəziyyətdədir.

Yeni binanın tikintisi işlərinə 2 ay öncə başlanılıb. 3500 kvadratmetr sahəni əhatə edən məktəb binasının zirzəmisi və birinci mərtəbəsi inşa olunur.

 

Üçmərtəbəli binada 40 sinif, 6 laborotoriya, gənclərin çağırışaqədər hazırlığı, əmək təlimi və kompyuter otaqları, idman, akt, oxu zalları, kitabxana və 234 yerlik yeməkxana olacaq. Təhsil müəssisəsi müasir istilik və işıqlandırma sistemi ilə təchiz ediləcək. Yeni məktəb binasının həyətində qazanxana və su çənləri də inşa olunacaq.

 

Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta məktəbində hazırda 840 şagird təhsil alır. Təhsil ocağında tədris  Azərbaycan və rus dillərində aparılır.