Qusarda turistlərin ən çox üz tutduğu tarixi məkan -“Şeyx Cüneyd” türbəsi- Video

15 2019 17:28

Tarixi abidə yay istirahət mövsümündə çoxsaylı yerli və əcnəbi turistin ziyarət yerinə çevrilir. Rayona gələn əksər qonaqların bu abidəni görmək istəyi nəzərə alınaraq türbəyə səyahət əsas turizm marşrutlarına salınıb.

Türbədə dəfn olunan Şeyx Cüneyd Səfəvi şeyxlərindən biridir. Şeyx Cüneyd XV əsrdə Şirvana hərbi yürüşü zamanı Şirvanşahlar tərəfindən öldürülüb.Tarixi mənbələrə görə Sonradan şeyxin nəşinin qalıqları çıxarılaraq Ərdəbil şəhərinə aparılıb.

Beş yüz ilə yaxın yaşı olan türbə keçmiş sovetlər dövründə müxtəlif məqsədlər üçün istifadə edilib. Müstəqillik dövründə isə tarixi məbədə diqqət yenidən artırılıb, türbə təmir olunaraq ətrafı abadlaşdırılıb.