Qusarlı fermer bir gündə 50 tona yaxın kartof çeşidləyən qurğu hazırlayıb- Video

16 2019 16:08

Qusarın Yasab kəndində yaşayan 58 yaşlı Rəvayət Nəzərovun hazırladığı qurğu elektriklə həm də mexaniki üsulla çalışır. Sadə mexanizmlə işləyən qurğuda kartof barabana boşaldılır. Həmin baraban fırlandıqca kartoflar ölçüsünə uyğun dəliklərdən xüsusi yuvalara tökülür. Bu aqreqat kartofu 4 ölüçüdə çeşidləyir. 

Rəvayət Nəzərov 8 ay ərzində düzəltdiyi kartof çeşidləyici aqreqatın təsərrüfatçıların əməyini xeyli yüngülləşdirəcəyini bildirir. Dəmir konstruksiya üzərində quraşdırılan aqreqatın hissələrini çıxarmaq, dəyişdirmək və təmir etmək mümkündür. Üç metrə yaxın uzunluğundakı qurğunun, hündürlüyü 1,6 metr, çəkisi isə 180 kiloqramdır. Çeşidləyicinin barabanı 1 dəqiqədə 8 dövrə vurur.

Aqreqatı şəbəkə olan yerdən 100 metr məsafədə elektriklə işlətmək mümkündür. Elektrik olmadıqda qurğu mexaniki üsulla istifadə oluna bilər. Aqreqatın yerdəyişməsini bir nəfər həyata keçirir. Çeşidləmə prosesində isə 4 nəfər işçi qüvvəsi tələb olunur.Mütəxəsis düzəltdiyi aqreqatı kartof istehsalçılarına icarəyə verəcək. Çeşidləyici maşının bir günlük icarə haqqını 300 manat müəyyənləşdirib. Rəvayət Nəzərov düzəltdiyi aqreqatı patentləşdirmək üçün müvafiq dövlət qurumlarına müraciət edib.