Xaçmazda “Dəmir izlər” adlı sərginin açılışı olub- Video

18 2019 15:34

Sərginin açılışında çıxış edənlər qeyd edib ki, Bakı-Vladiqafqaz dəmiryolu xəttinin çəkilişinə 1897-ci ildə Rusiya imperatoru II Nikolayın göstərişi ilə başlanılıb. Vağzal binasının inşası 1898-ci ildə başa çatıb. 1901-ci il aprelin 1-də stansiyadan ilk sərnişin qatarı yola düşüb. Tarix-Diyarşünaslıq muzeyinin təşkilatçılığı ilə fəaliyyətə başlayan sərgidə Xaçmaz Dəmiryol Stansiyasının yarandığı gündən indiyədək fəaliyyətini əks etdirən fotoşəkillər, eksponatlar və arxiv sənədlər nümayiş olunur.

Hazırda Xaçmaz Dəmiryol Stansiyasından  bir ölkə daxili:- Bakı-Yalama və 3 beynəlxalq:- Bakı-Moskva, Bakı-Kiyev və Bakı- Rustov istiqamətlərində sərnişin və yük qatarları işləyir. 24 saat əhaliyə xidmət göstərən Xaçmaz Dəmiryolu Stansiyasından gün ərzində 10-12 qatar keçir. Rayonda mövcud olan 7 dəmiryolu stansiyasının hər biri tarixi abidədir.