VIII Qış Məktəbinin iştirakçıları Qubada olub- Video

18 2019 15:45

Dünyanın 16 ölkəsinin aparıcı universitetlərində təhsil alan tələbələrin cəlb olunduğu layihənin iştirakçıları əvvəlcə “Azərbaycanda dini müxtəliflik” mövzusunda mühazirə dinləyiblər. Mühazirələrdə Azərbaycanın tarixən müxtəlif xalqların və dinlərin nümayəndələrinin dostluq və qardaşlıq şəraitində birgə yaşadığı məkan olduğu vurğulanıb. Qış Məktəbi layihəsinin iştirakçıları Qubada dağ yəhudilərinin yığcam yaşadıqları Qırmızı qəsəbədəki “Giləki” və “Altı günbəz” sinaqoqları ilə yaxından tanış olublar. Qonaqların diqqətinə çatdırılıb ki, buradakı yəhudilər uzun illərdir azərbaycanlılarla birlikdə, sülh və əmin-amanlıq şəraitində yaşayırlar.

Qış Məktəbi layihəsinin iştirakçılarına bildirilib ki, bu gün ölkədəki tolerantlıq, müxtəlif konfessiyaların, xalqların və etnosların qarşılıqlı anlaşma şəraitində yaşaması dünyaya nümunədir. Azərbaycanda keçirilən çoxsaylı beynəlxalq tədbirlər multikulturalizmdən, tolerantlıq ənənələrinin inkişafından xəbər verir.

Layihə çərçivəsində fevralın 23-dək Quba ilə yanaşı Qusar, Xaçmaz rayonlarında və Bakı şəhərində bir sıra tədbirlər keçiriləcək.