Xaçmazda “Tariximizdən bu günə” sərgisinin nümayişinə başlanılıb- Video

21 2019 11:34

Xaçmaz Heydər Əliyev Mərkəzində “Tariximizdən bu günə” sərgisinin açılışı olub. Qədim adət-ənənələri, milli mətbəxi, geyim və süfrə mədəniyyətini tərənnüm edən ekspozisiyada 200 yaxın nümunə sərgilənir. Bununla yanaşı iştirakçılara folklor və rəqs nümunələri, yaşlı rayon sakinlərinin keçmişlə bağlı xatirələrinin yer aldığı videoçarx təqdim olunub.

Sərginin keçirilməsində məqsəd qədim və özünəməxsus tarixi ilə seçilən Şimal bölgəsinin keçmişi ilə yaxından tanış olmaq, undulmaqda olan adət-ənənələri yaşatmaq, milli mədəniyyətə və folklora gənc nəslin diqqətini cəlb etməkdir.  Xaçmaz Regional Mədəniyyət İdarəsi tərəfindən  belə tədbirlərin davamlı keçirilməsi planlaşdırılır.