Milli Oftolmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Xaçmazda müayinələrə başlayıb- Video

21 2019 15:30

Səhiyyə Nazirliyinin dəstəyi ilə  yüksəkixtisaslı oftalmoloji yardım göstərmək üçün müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunan  Səyyar Qatarın uzunluğu  25, eni 3 metrdir. Bir gün ərzində klinikanın həkim və orta tibb briqadası  vaqonda 300-dən çox müayinə-müalicə və 30 əməliyyat edə bilər.

Dəmiryolu Səyyar Klinikası ölkənin dəmiryolu xətti yerləşən bütün regionlarında, eləcə də Gürcüstan-Azərbaycan sərhədi ərazisində fəaliyyət göstərəcək. Aksiyada məqsəd operativ şəkildə pasiyentləri erkən müayinə-müalicə etmək, onların səhhətləri ilə bağlı olan problemlərin həll olunmasına kömək göstərməkdir.

Hazırda dünyada 7 milyard insandan 300 milyonu müxtəlif göz problemlərindən, 40 milyondan çoxu isə korluqdan əziyyət çəkir. Bu rəqəm hər il 45 mindən başlayaraq həndəsi silsilə ilə artmaqda davam edir. Vaxtında müayinə və müalicə etməklə korluq hallarının 80 faizinin qarşısını almaq mümkündür.Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi respublikada korluğun qarşısının alınması üçün tədbirlər görür.