Qubada Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə başlanılıb- Video

22 2019 15:40

Quba rayonunda fəaliyyət göstərən fermerlər öz aqrar fəaliyyətlərinə dair məlumatları Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə daxil etməyə başlayıblar. Bununla bağlı Qubada yaradılan dörd məntəqədə Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin funksiyaları və üstünlükləri ilə bağlı fermerlərə informasiya-məsləhət xidməti göstərilir. Yeni istifadəyə verilən sistem fermerlər üçün bir çox üstünlüklər yaradacaq. Formalaşan məlumatlar bazası mövcud trendləri araşdırmağa, təhlillər aparmağa və fermerlərə tövsiyə verməyə kömək edəcək.

Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində ilk qeydiyyat günü fermerlərin fəallığı ilə yadda qalıb. Həftə sonu xidmət məntəqələrinə daha çox axının olacağı gözlənilir.

Quba və Şəkidə məlumatlandırma prosesi və EKTİS-in tətbiqinin ilkin mərhələsi başa çatdıqdan sonra fermerlərin elektron sistemdə qeydiyyatı bütün ölkə ərazisini əhatə edəcək.