Qusarda 6 minə yaxın sakin tibbi müayinə olunub- Video

23 2019 14:49

Artıq Qusarda 5 min 7 yüz 56 nəfər tibbi müayinələrdən keçib. Onlardan 668 nəfərə ambulator, 40 nəfərə stasionar müalicə təyin olunub. 5 nəfər ətraflı müayinə və müalicə üçün Bakı şəhərinə göndərilib. Sakinlərdə xroniki bronxit, hipertoniya, böyrək çatışmazlığı və mədə-bağırsaq xəstəliklərinə daha çox rast gəlinib.

Tibbi müayinələr zamanı yoxlanan şəxslərə həkimlər tərəfindən profilaktik baxış keçirilir, sağlamlığa dair məlumatlar və xəstəliklərə səbəb olan risk faktorları ilə bağlı tövsiyələr verilir. Humanitar aksiya zamanı sakinləri rentgen, laborator, ultrasəs və elektrokardioqram müayinələrindən keçirlər.

Tibbi müayinələr mayın 12-dək davam edəcək.