Qusar Dövlət Ləzgi Dram Teatrı “Xarı bülbül” tamaşasını təqdim edəcək- Video

23 2019 14:51

Qusar Dövlət Ləzgi Dram Teatrının kollektivi tamaşaçılara yeni səhnə əsərini təqdim etməyə hazırlaşır. “Xarı bülbül” adlı tamaşa Xocalı faciəsinin 27-ci ildönümü münasibətilə səhnələşdirilib. Otuza yaxın aktyor heyətinin rol aldığı tamaşada ermənilərin soydaşlarımızın başına gətirdiyi müsibətlər əks etdirilir. Bütövlükdə bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayət hadisəsindən bəhs edən yeni tamaşa üçün xüsusi dekorasiya hazırlanıb.

Səhnə əsərinin rejissoru Laləzar Hüseynova, quruluşçu rəssamı Marina Mahmudova, musiqi tərtibatçısı Şaiq Qardaşovdur. “Xarı bülübül” tamaşası fevralın 26-da Qusar Mədəniyyət Evində nümayiş etdiriləcək.